Macarıstan: "Ukraynanın üzvlüyü Aİ-yə müharibə gətirə bilər"

DÜNYA
21:00 / 14.11.2023
365

Macarıstanın Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Yanoş Boka Ukraynanın Avropa İttifaqına daxil olmasının nəticələrini hərtərəfli qiymətləndirməyə çağırıb. Çünki belə bir inkişaf siyasi birliyə müharibə gətirə bilər. 

Hit.az xəbər verir ki, o, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

“Qonşu nüvə dövləti ilə müharibə edən dövlətlə danışıqlara başlayanda biz özümüzə sual verməliyik ki, Aİ-nin genişlənməsinin məqsədi nədir, genişlənmənin məqsədi sülh zonasını artırmaq, yoxsa Aİ-yə hərbi münaqişə idxal etməkdir”, deyə Boka bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı Kiyevin üzvlüyünün təşkilata və onun vətəndaşlarına necə təsir edəcəyi ilə bağlı dəqiq mövqe tutmalıdır.

“Macarıstanın bu məsələdə mövqeyi ondan ibarətdir ki, Ukrayna ilə danışıqlara başlamazdan əvvəl strateji məsləhətləşmələr aparılmalıdır”, deyə nazir əlavə edib.

Samir

0