CNN: Senat qəbul edərsə, Bayden büdcəni Ukrayna və İsrailə yardım etmədən təsdiqləyəcək

DÜNYA
11:35 / 15.11.2023
539

ABŞ prezidenti Co Bayden müvəqqəti hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi Nümayəndələr Palatasından sonra Senat tərəfindən qəbul edilərsə, onu imzalamağa hazırdır. 

Hit.az xəbər verir ki, bu barədə CNN adını açıqlamadığı Ağ Ev rəsmisinə istinadən yazır.

“Əgər bu qanun Senatdan keçərsə, prezident maliyyələşdirmənin hazırkı səviyyəsini saxlayacaq və zərərli siyasi tələbləri özündə əks etdirməyən qətnamə imzalayacaq", deyə kanalın həmsöhbəti bildirib. 

Ağ Ev rəsmisi həmçinin Konqresi İsrail, Ukrayna və ABŞ-ın cənub sərhədinin müdafiəsi üçün gələcək maliyyələşdirməyə çağırıb.

Qanun layihəsini Nümayəndələr Palatasının spikeri Mayk Conson təklif edib. Əvvəlcə Ağ Ev bu təşəbbüsü tənqid edib və təklifi respublikaçılar tərəfindən daha da xaos üçün resept adlandırlb. Bununla belə, Demokratlar daha sonra Respublikaçılar Partiyasındakı mühafizəkarların qarşı çıxdığı 2023-cü maliyyə ili səviyyəsində xərclərin saxlanmasını alqışlayıb. Nəticədə aşağı palatada qanun layihəsini 336 nəfər dəstəkləyib, 95 nəfər əleyhinə çıxıb - 93 respublikaçı və 2 demokrat.

Ukrayna, İsrail, Tayvana yardımın maliyyələşdirilməsi və ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi məsələləri ayrıca nəzərdən keçirilir. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı təklif edib. Bayden administrasiyası bütün məqsədlərin bir paketdə həll edilməsini maliyyələşdirmək istəyib, lakin respublikaçılar buna qarşı çıxıb.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə ayrıca 14 milyard dollarlıq yardım layihəsini qəbul edib, lakin Demokratların nəzarətində olan Senat bu təşəbbüsün qarşısını alıb.

Samir

0