Arıqlama dərmanları psixi pozuntulara səbəb ola bilər? - AÇIQLAMA

SOSİAL
14:31 / 15.11.2023
814

“Arıqlama dərmanları həkim təyinatı olmadan istifadə etmək sağlamlıq üçün böyük fəsadlara gətirib çıxara bilir”. 

Bunu Hit.az-a professor, tibbi ekspert Adil Qeybulla deyib. 

"Bu tipli preparatlar artıq çəkinin itirilməsi üçündür və müxtəlif təsirə malikdirlər. Onların istifadəsi həkim nəzarəti altında olmalıdır. Həkim nəzarəti olmadan dərman maddələrinin satışı qadağan olunmalıdır. Xarici ölkələrdə aptekdən rahatlıqla hər dərmanı reseptsiz almaq olmaz, "Parasetamol”, qeyri-stereoid ağrıkəsicilər və s. bu kimi dərmanlar xaric. Onlar xaricdə marketdə də satılır. Amma qalan digər dərmanlar resept əsasında satılır. Ümumiyyətlə, çəki artıqlığının səbəbləri çoxdur. Burada hipodinamiyadan tutmuş, hormonal pozğunluqlara qədər çoxsaylı faktorlar var. Ona görə mütəxəssis nəzarəti altında arıqlamaq lazımdır. Özbaşına müxtəlif dərmanları qəbul edərək çəki itirməyə çalışmaq bəzən faciələrlə nəticələnir. Hətta psixi pozuntulara qədər gətirib çıxarır” -deyə A.Qeybulla əlavə edib.

Sevinc

0