“Bahar Kargo” 1650 manat cərimələnə bilər

19:23 / 15.11.2023
513

“Bahar Kargo” MMC barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham olunur. 

İşə Nizami Rayon Məhkəməsindən baxılacaq. 

445.2-ci maddədə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Anar

 

0