Məşhur aktrisa 10 milyonluq təklifi rədd etdi

MAQAZİN
23:00 / 15.11.2023
406

"Möhtəşəm 100 il" serialında canlandırdığı Validə Sultan rolu ilə könüllərdə taxt quran aktrisa Nebahat Çehre 10 milyon Türkiyə lirəsi dəyərində olan reklam müqaviləsi təklifinə yox deyib.

Publika.az xəbər verir ki, aktrisa inşaat firmasının reklam rolikində rol almaq istəməyib və bunu fevral ayında Türkiyədə baş verən zəlzələ ilə bağlı olduğunu deyib.

"Ən son zəlzələdə yüzlərlə ev minlərlə insana məzar oldu. Ya mənim reklam etdiyim evlər də dağılarsa... Qəhərdən ölərəm, Hər şey pulla ölçülmür", - Nebahat vurğulayıb.

0