DSX-nin vəfat edən hərbçisinin xəstəxanaya aparılma səbəbi bəlli oldu - FOTO/YENİLƏNİB

ÖLKƏ
13:53 / 16.11.2023
344

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.

“Unikal”ın əldə etdiyi məlumata görə, sərhədçi qızdırma səbəbi ilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.

Mirhüseyn Salmanlı ötən ayın ikisində hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.

Onun ailədə özündən başqa bir bacısı var.

12:07

Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.

0