Son dövrlər falçıların və cadu edənlərin sayı çoxalıb. Onlar yalan və uydurmaları ilə psixoloji cəhətdən zəyif olan insanları aldadıb, pullarını almağa çalışırlar.
Həqiqətən də İslam dinində cadu və sehr varmı?
Ilahiyyatçı Cəmşid Əliyev Hit.az-a açıqlamasında deyib ki, son zamanlar insanların sehrə bu qədər meyl etməsinin səbəbi sosial problemlərini həll edə bilməməsidir. Ona görə asan çıxış yolu kimi cadugarlara meyl edirlər:
“Cadu İslam dinində şeytan əməli sayılır, şeytan əməli ilə də ancaq pis əməllər etmək olar ki, bu da qadağandır. Ancaq əgər caduya inanırıqsa, yaxud insanların çoxu inanırsa , demək onun batil edilməsinə də inanmaq lazımdır. Yəni, sehr psixoloji, şər qüvvələr, mənfi enerjilərin idarə edilməsi nəticəsində təsir göstərə bilir. Onu da şübhəsiz ki, pozub ləğv etməsən, edilən insana əsasən ruhi, psixoloji mənfi təsir göstərir. Lakin elm bunu hələ sübut edə bilmir. Fəqət elmin sübut etmədiyi hər şeyi də inkar etmək doğru deyil. Ən yaxşısı insanlar fiziki, mənəvi cəhətdən təmiz olsunlar, pislik etməsinlər, neqativ insanlardan uzaq olsunlar, Allahla daima dua vasitəsi ilə əlaqədə olsunlar
O zaman onlara heç bir sehr, cadu təsir etməz, inşallah”.
Sevinc