“İnteqral” QSC-yə protokol yazıldı

18:33 / 16.11.2023
553

“İnteqral” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib olunub. 

Hit.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Noyabrın 29-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək.

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Anar

0