“Rəvan-Turan” MMC ləğv prosesində olan “Atabank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
Hit.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Kənan Hüseynov iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələrdən ibarətdir.
“Atabank” ASC-nin lisenziyası 2020-ci ildə ləğv edilib.
Bank 2000-2018-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olub.
Anar