Ayağı amputasiya olunan Gülçöhrə Şəfiyevanın vəziyyəti necədir?

MƏDƏNİYYƏT
20:40 / 17.11.2023
557

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl rejissor Gülçöhrə Şəfiyeva əməliyyat olun və ayağı amputasiya edilib.

HİT.az-ın məlumatına görə, aparıcı Hacı Nuran Hüseynov 74 yaşlı rejissora baş çəkib. O bildirib ki, G.Şəfiyevanın səhhəti yaxşı deyil:

"Bu gün onun diqqətə, qayğıya ehtiyacı var. Çünki səhhəti onu sınağa çəkir. Dünən qonağı oldum. Gileyləndi, dedi ki, onu unudublar".

Qeyd edək ki, G.Şəfiyeva Prezident təqaüdçüsüdür. O, 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.

0