“Alten Four” MMC barəsində inzibati protokol tərtib olunub.
Hit.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Bu maddəyə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Anar