Daha bir şirkət məhkəmə qarşısında

18:31 / 17.11.2023
561

“Karvan-SS” MMC cərimələnə bilər.

Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati iş başlanıb.

İşə Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Noyabrın 29-na məhkəmə hazırlıq iclası təyin edilib.

İclas hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçiriləcək.

389-cu maddədə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Anar

0