Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin 80 yaşı tamam olur.