Koronavirusa yoluxma və ölüm sayları nə üçün artıb? - Həkim AÇIQLADI

ÖLKƏ
13:53 / 21.11.2023
299

Azərbaycanda son 1 həftə ərzində koronavirusa yoluxma statistikasında artım qeydə alınıb. 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, son həftə ərzində ölkəmizdə 21 nəfər koronavirusa yoluxub. Həmçinin, virusa yoluxan 6 nəfər isə vəfat edib. 

Qeyd edək ki, son günlərdə koronavirusa yoluxma və ölüm sayında artımın olması diqqət çəkir. 

Maraqlıdır, nə üçün son günlərdə koronavirus yenidən aktivləşməyə başlayıb? Yoluxma halları daha da arta bilərmi?

İnfeksionist Mərdan Əliyev HİT.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma hallarının artması havaların soyuması ilə əlaqəlidir:

338287

"Havalar soyuduqca koronavirus, qrip və digər kəskin respirator xəstəliklərdə həm yoluxma sayında, həm xəstəliyin ağırlıq dərəcəsində, həm də ölüm hallarında artma müşahidə edilir. Ona görə də koronavirusa yoluxanların və bu virusa görə ölənlərin sayında artım var. Hətta bundan sonra da davam edə bilər. Lakin sözügedən göstəricilərdə kəskin artış olacağı da gözlənilmir".

Pərviz

0