"Mənzilin sahəsinin yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır".
Bunu Hit.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.
E.Fərzəliyəv deyib ki, çox sayda vətəndaş artıq bununla bağlı məhkəmələrə müraciət edib, öz hüququnu məhkəmə vasitəsilə bərpa edə bilib. İstənilən halda vətəndaşa dəyən zərər ödənməlidir. Çox az sayda tikinti şirkətlərini çıxmaq şərtilə, əksər binalar satışı özünə sərf edən formada aparır:
“Tikinti şirkətləri mənzil satmaqla məşğul olmamalıdırlar. Onların işi binanı tikib, təhvil vermək olmalıdır. Tikinti şirkətləri özəl sektordur. Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır, çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları yeniləyirlər. Bu dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi sahə, kvadratmetrlər düz olsun, həm də mənzilin bir neçə nəfərə satılması halları aradan qalxsın”.
Sevinc