Azərbaycan universitetləri beynəlxalq reytinq hesabatlarında niyə yer ala bilmir?

ÖLKƏ
18:35 / 22.11.2023
481

Beynəlxalq təhsil və elm aləmində reytinq müəyyənləşdirən bir neçə akademik qurum var. Həmin qurumlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin beynəlxalq reytinq sıralamasını aparır. Ancaq Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəllərində yer ala bilmir.

Təhsil eksperti Kamran Əsədov Hit.az-a  açıqlamasında qeyd edib ki, hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin universitetlərdə 187 min tələbə təhsil alır:

338374

“Etiraf edək ki, son illər ərzində yalnız Bakı Dövlət Universiteti dünya reytinq cədvəllərində ciddi şəkildə irəliləyib. Digər ali təhsil müəssisələri isə mövcud potensial və infrastruktur standartlara uyğun olmadığı üçün həmin siyahılarda yer ala bilmir. Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində olması üçün ciddi şəkildə işlər görülməlidir. Tələbə, müəllim kontigentinin sayı və digər amillər universitetin nüfuzuna təsir edir. 

Hazırda ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olması üçün bir neçə ciddi islahat həyata keçirilməlidir. Bunlar arasında ali təhsil müəssisələrinin kampus və korpusları müasir dövrün tələblərinə uyğun formada hazırlanmalıdır. İkincisi isə, ali təhsil müəssisələrinin elmi tədqiqat işləri tələb olunan səviyyədə həyata keçirilməlidir. Etiraf edək ki, bu istiqamətdə ciddi problemlər mövcuddur. Tədqiqat işləri kifayət qədər zəif formada həyata keçirilir. Eyni zamanda, ali təhsil müəssisələri özlərinin xarici ölkələrdən tələbə qəbulunda ciddi problem yaşayırlar. Həmçinin, tələbə yataqxanaları ilə bağlı çatışmazlıqlar mövcuddur. Bu kimi səbəblər Azərbaycanın ali təhsil reytinqinə təsir edir”.

Sevinc

0