"Hizbullah" HƏMAS və İsrail arasında barışığı dəstəkləyir

DÜNYA
17:36 / 22.11.2023
362

"Hizbullah" tərəflərin girovları dəyişdirmək üçün bağlanan HƏMAS-İsrail sazişinə hörmət edəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "i24" portalı Livandakı mənbələrə istinadən məlumat yayıb.

"Hizbullah" atəşkəs rejiminə İsrailin də eyni şəkildə əməl etməsi şərti ilə əməl edəcək", deyə hərəkat nümayəndələri bildiriblər.

Hərəkat İsrail-Livan sərhədində atəşkəsə hazır olduğunu elan edib.

Oktyabrın 7-də HƏMAS "Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etdikdən sonra minlərlə yaraqlının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin “Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib.
 
Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.

Samir

0