Bu universitetin tələbələri qızılcaya yoluxdu - ADLAR

ÖLKƏ
12:07 / 23.11.2023
369

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsi qızılca virusuna yoluxub.

Bu barədə İqtisadiyyat.az-a təhsil müəssisəsindəki mənbə məlumat verib.

Bildirilib ki, ilk yoluxma bir müddət əvvəl 2004-cü il təvəllüdlü Şükürov Rahil Tahir oğlunda aşkarlanıb. 

Sonra isə bu xəstəliyə 2003-cü il təvəllüdlü Mayılov Şahin Tərlan oğlu və daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Mayılov Adəm Tərlan oğlu da yoluxub.

Hər üç şəxs xəstəliklə bağlı rayondakı tibb müəssisəsinə müraciət ediblər. Hazırda onların səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, son günlər Azərbaycanda qızılcaya yoluxma halları artıb. Səhiyyə Nazirliyi də bununla bağlı bir neçə dəfə məlumat yayıb. Nazirlik sonuncu dəfə iki gün əvvəl bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edidiyini açıqlayıb. Qeyd edilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.

0