Elnur Fərzəliyev: “Yük lifti tikinti materiallarının daşınması üçün nəzərdə tutulmayıb”

İQTİSADİYYAT
13:18 / 23.11.2023
451

“Bakı şəhərində liftlərin qırılma halları dəfələrlə baş verib. Yük lifti tikinti materiallarının daşınması üçün nəzərdə tutulmayıb”.

Bu sözləri Hit.az-a şərhində əmlak eksperti Elnur Fərzəliyev deyib. 

338443

“Binada uzun müddət təmirlər gedir. Orada işləyən usta və fəhlələr öz işini tez bitirmək üçün 1 ton yük götürə biləcək liftə 1,5-2 ton tikinti material yığır. Bu zaman liftin içərisi də zədələnir, keyfiyyəti aşağı düşür, motorlar yanır. Yük lifti ilə vətəndaş evi üçün əşyalar apara bilər. Bizdə, bəzi dövlət tikinti şirkətləri xaric, mənzillər təmirsiz satılır. Şirkət təmirsiz satırsa, vətəndaş orada yaşaya bilmək üçün mənzili təmir etməlidir. Evin təmiri üçün əlavə pul tələb olunması mülkiyyət hüququnun pozulmasıdır. Bəzən kran olmayanda tikinti materialları fəhlələr tərəfindən daşınır. Yük liftlərində daşınmasına icazə verilmir. Dünya inkişaf edir, tikinti də inkişaf edir. Ev satılıb şirkət qazanc götürübsə, insanlara təmir üçün istənilən şərait yaradılmalıdır. Özümüzdə də bu halların yaşanmaması üçün mənzillər ilkin təmir edilməlidir” - ekspert əlavə edib.

Sevinc

0