Bərdədə yas mərasimində faciə: Ölən və çox sayda yaralanan var - YENİLƏNİB

HADİSƏ
15:09 / 23.11.2023
537

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

HİT.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Hadisə zamanı ölən şəxs Məmmədova Sarıtel Abbasəli qızıdır.

14.08

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

"Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

0