Nurlan Ordubadlı: "20-yə yaxın fəxri fərman almışam"

ÖLKƏ
18:05 / 23.11.2023
817

Tanınmış müğənni Nurlan Ordubadlı daha bir fəxri fərmana layiq görülüb.

O, Azərbaycan Respublikasının Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Şəhid ailələrinə, əlillərə, müharibə iştirakçılarına, onların övladlarına göstərdiyi diqqət və qayğıya, nümunəvi vətənpərvərliyə görə" təltif olunub. 

Sənətçi özü bu barədə HİT.az-a açıqlama verib:

"Belə fəxri fərmanlarla təltif olunduğum üçün qürur duyuram. Bu fəxri fərmanı da ötən gün aldım. İndiyə kimi 20-yə yaxın fəxri fərman və medal almışam. 44 günlük Vətən müharibəsindən sonra bir çox hərbi hissələrdə və tədbirlədə iştirak etmişəm. Hər zaman şəhid ailələri və qazilərimizin yanında olmuşam. Həmişə onların toyunda sevə-sevə və iştirak edirəm. 

Xalq getdiyim bütün bölgələrdə məni bağrına basır. Şəhid anaları, ataları, ailələri tərəfindən belə sevilmək hər kəsə nəsib olmaz. Hətta mən keçən il ad günümüdə də şəhid anaları ilə birgə keçirdim. Daha sonra isə Gəncədə 3 min əsgərin qarşısında çıxış etdim. Onlarla birlikdə Yaşa Azərbaycan dedik. Bütün bunlar Allahın lütfüdür və buna görə şükr edirəm". 

Nurlan Ordubadlı Azərbaycanın hər yerində çox sevildiyini gördüyünü də söyləyib:

"Ona görə də həmişə deyirəm ki, ölkənin hər yerində evim var. Getdiyim hər bölgədə məni qonaq edirlər, şən günlərində iştirak etməyimi istəyirlər. Xüsusilə, "Yaşa Azərbaycan" mahnım çox sevilir. Hətta balaca uşaqlar mənə "Yaşa Azərbaycan əmi" deyirlər. Bu gün bütün hər yerdə həmin mahnı səsləndirilir və dillər əzbəri olub".

Pərviz Şimşək

0