Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) parklarda və istirahət guşələrində quraşdırılması nəzərdə tutulan malların satınalınması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Everest-2022” MMC seçilib.
MKTB ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 178.386,5 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest-2022” MMC 11 aprel 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.
Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə dövlət satınalmalarının vahid elektron portalından görünür ki, “Eveerst-2022” MMC tenderlərdə fəal iştirak edir və yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən MKTB-lərin müsabiqələrinin qalibi olur.
Anar