Le Pen: "Avropalıların hazırkı miqrasiya siyasətindən narazılığını göstərir"

DÜNYA
21:00 / 23.11.2023
441

Fransanın Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen Niderlandda sağçı Hert Vildersin Azadlıq Partiyasının (PVV) qalib gəldiyi parlament seçkilərinin nəticələrini avropalıların hazırkı miqrasiya siyasətindən artan narazılığı ilə əlaqələndirib. 

HİT.az xəbər verir ki, o, bu barədə "France Inter" radiosunun efirində bildirib.

"Bu qələbə onu göstərir ki, Avropa İttfaqı daxilində artan dövlətlər onun öz öhdəliklərinin öhdəsindən gəlməsindən narazıdırlar və miqrasiya siyasətinin nəzarətə götürülməsini tələb edirlər", Le Pen bildirib.

Qeyd edək ki, noyabrın 22-də Niderlandda 26 partiyanın iştirakı ilə parlament seçkiləri keçirilib və bu seçkilərdə Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası ən çox səs toplayıb. O, parlamentdəki 150 yerdən 35-ni alıb. Bu, siyasətçini baş nazir postuna ən şanslı namizəd edir.

Hert Vilders Niderlandın Ukraynaya dəstəyini tənqid etməsi ilə tanınır. O, Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükünə qarşı çıxış edib, əvvəlki hökuməti ukraynalı fermerlərə kömək etdiyinə görə “xəstə və saxta” adlandırıb, həmçinin Rusiyanın NATO-nun Ukrayna ərazisinə genişlənməsini qadağan etmək tələbini ciddi qəbul etməyə çağırıb.

Samir

0