“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı “Sophiemour Travel” MMC-dir.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur. İşin mahiyyəti əmlak tələbi ilə bağlıdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycanın ən iri inşaat şirkətlərindən biridir. Lakin son vaxtlar şirkətin böhran keçirdiyi barədə iddialar səsləndirlir. Bu iddialar “Akkord”un külli miqdarda vergi borcunun olması, məhkəmə çəkişmələrinə cəlb edilməsi ilə izah edilir.
Anar