Azərbaycanda 700 il əvvələ aid tarixi abidə məhv edilir - FOTO

MƏDƏNİYYƏT
17:40 / 25.11.2023
688

Balakən rayonunun Tülü kəndində yerləşən və əvvəllər türbə olduğu güman edilən tarixi abidədə 2017-ci ildən 2021-ci ilə qədər elmi-tədqiqat işləri aparılıb. Abidənin yerləşdiyi həyətin sahibinin sözlərinə görə, qazıntıların aparıldığı hissələr zaman-zaman yağış suları ilə dolur.

Bizim.media-ya bu barədə məlumat verən həyətin sahibi Elşad Dabaxov qeyd edib ki, Tülü məbədi XIV əsr memarlıq abidəsidir. Onun sözlərinə görə, torpaqla bağlı sənədi olsa da, orada tarixi abidə haqqında heç bir qeyd yoxdur. 

“Abidə qorunmasa, bir-iki ilə məhv olub gedəcək. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsəm də, baxan yoxdur”, - deyə o qeyd edib.

Abidədə aparılan araşdırmalar əsasında bir neçə mədəni dövrü özündə əks etdirən maddi-mədəni nümunələr aşkarlanıb ki, bu da həmin abidənin alban məbədi olduğu faktını ortaya qoyub.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, ölkə ərazisindəki bütün tarixi abidələrdə monitorinqlər aparılır. Onların faktiki durumu və texniki vəziyyəti öyrənilir. Monitorinqlərin nəticəsi olaraq bu abidələr haqda tədbir görüləcək.

0