Məktəb müəllimi evində ölü tapıldı

ÖLKƏ
22:28 / 25.11.2023
352

Gəncədə məktəb müəllimi evində ölü tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda yaşayan 30 yaşlı Elzar İsmaylov telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Buna görə FHN-nın 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN xilasediciləri mənzilə baxış keçirildikdə E. İsmaylovun meyitini vanna otağında aşkarlayıblar.

Onun meyiti müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə, E. İsmayılov ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.

0