Gürcüstan parlamenti müxalifətin Rusiya əleyhinə qəbul etdiyi qətnaməni dəstəkləmədi

DÜNYA
19:50 / 27.11.2023
383

Gürcüstan parlamentinin Bürosu müxalif Lelo Partiyasının irəli sürdüyü ölkənin “de-rusizasiya konsepsiyası”nı təklif edən qətnaməni qeydə almaqdan imtina edib. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təqdim olunan qətnamə layihəsində viza rejiminin tətbiqi, məşğulluq, torpaq və daşınmaz əmlakın satışı, avtomobillərin hərəkəti, tenderlərdə iştirak, rüsumlar, vəsaitlərin qadağası və və televiziya yayımı ilə bağlı amillərin maliyyə təsirləri dəqiq müəyyən edilməyib", deyə parlamentin büdcə ofisinin rəhbəri Andria Quydiani bildirib.

Parlamentari həmçinin Gürcüstanın büdcə məcəlləsinə zidd olduğunu əsas gətirərək, qətnamə layihəsinin sonrakı müzakirələr üçün qeydiyyata alınmasının məqsədəuyğun olmadığını bildirib.

Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət partiyası Lelo tərəfindən irəli sürülən “de-rusizasiya konsepsiyası”nı dəstəklədiyini bildirib.

“De-Rusiya hər kəsin etməli olduğu şey olmalıdır və onu təxirə salmaq hansısa ciddi xəstəliyin müalicəsini təxirə salmaqla eynidir. Milli bədənimizi ölümlə hədələyən rus virusu bütün cəmiyyətin immunitetini və gücünü səfərbər etməlidir. Bu səfərbərlikdə hər kəsin öz cəbhəsi var. Qələbə Koalisiyası özünün ən yaxşı keyfiyyətlərini göstərməlidir, digər partiyalar da öz keyfiyyətlərini göstərməlidir və mən onlara bu işdə uğurlar arzulayıram”, deyə Saakaşvili bildirib.

Samir

0