“DOST İş Mərkəzi” MMC məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı Ağayev Bəylər Bəybala oğludur.
Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq.
İş hakim Fariz Əlizadənin icraatındadır.
Bəylər Ağayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
“DOST İş Mərkəzi” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyətidir.
Anar