Avropa İttifaqı qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı ilə mübarizə üçün qanunvericiliyin təkmilləşdirilməsi üzərində işləyir.
HİT.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen "YouTube"da yayımlanan miqrant qaçaqmalçılığı ilə bağlı mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə beynəlxalq forum zamanı deyib.
Onun sözlərinə görə, insan qaçaqmalçılığı ilə bağlı cinayətlərin təriflərinin yenilənməsi, o cümlədən cəzaların sərtləşdirilməsi, tərəfdaşlar və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Samir