Uşaqların gec danışması nə ilə bağlıdır?

ÖLKƏ
17:40 / 28.11.2023
422

Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. 

Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır.

Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. 

Loqoped Nərmin Zeynalova Hit.az a açıqlamasında qeyd edib ki, uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır:

"Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir. Bəzi uşaqlar çox gec, bəziləri isə çox tez danışa bilərlər. Gec danışmaq o demək deyil ki, uşağın ya beynində, ya da hər hansı bir orqanında problem var. Sadəcə, müəyyən faktorlara diqqət yetirmək lazımdır. Müşahidə əsnasında uşaqda başqa problemlərin olub-olmamasını valideynlər özləri aşkar edə bilərlər. Bəzən gec danışan uşaqlarda bunun səbəbi onların sinir sistemlərində olan hər hansı bir pozuntu ilə bağlı olur. Belə uşaqlar da bir müddət sonra dil açır və yaşıdları ilə müqayisədə çox yaxşı danışırlar".

Loqopedin dediyinə görə, uşaqların gec danışması, nitqində qüsurların olmasının əsas səbəblərindən biri də ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır.

Sevinc

0