Akif Nəsirli: "Azərbaycan iqlimi pambıqçılıq üçün yararlı deyil"

İQTİSADİYYAT
15:13 / 28.11.2023
599

"Azərbaycanda pambıq strateji məhsul elan edilməməlidir". 

Bu sözləri Hit.az açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. 

“Bu səhv startegiyadan nə qədər tez geri çəkilsələr, bir o qədər yaxşıdır. Hamı misal göstərir ki, “sovet dövründə Azərbaycan bu qədər pambıq verib. Birincisi, Azərbaycan statistikada göstərilən qədər pambıq verməyib. 

Son illərin pambıq planları “pripiska” ilə şişirdilib. Azərbaycan pambığı keyfiyyətsiz pambıqdır. Bizim pambığın lif çıxımı aşağı olduğuna görə, bu pambıq çiyiddən ayrılıb Özbəkistana göndərilirdi. Orada bu pambıq emal olunmalı idi. Ancaq emal etmirdilər. Azərbaycan pambığından zavodun ətrafında böyük bir “dağ” əmələ gəlmişdi. Deyirdilər ki, “bu, Azərbaycan pambığıdır. Biz Azərbaycan pambığından lif ala bilmirik” deyə iqtisadçı fikrinə əlavə edib. 

Ekspertin sözlərinə görə, Azərbaycan iqlimi pambıqçılıq üçün yararlı deyil. Pambıqçılığı inkişaf etdirmək üçün "Gossypium barbadense" sortu hansı iqlimdə yetişirdisə , o iqlimdə pambıq yetişdirirdilər. Azərbaycanda o sort yetişmir. Bir vaxtlar həmin sort pambığı Özbəkistanda uşaq əməyindən istifadə ilə bağlı Avropaya pambıq ixracına qadağa qoyduqları üçün qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirirdilər. Buradan da Azərbaycan pambığı adı altında Avropaya ixrac edirdilər.

Sevinc

0