Polşa Sol Partiyasının sədr müavini Dariuş Veçorek bildirib ki, ölkə rəhbərliyinin müxalifət koalisiyasına keçməsindən sonra hakim ifrat sağçı Qanun və Ədalət Partiyasının hakimiyyətə qayıda bilməyəcəyi ehtimalı azdır.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Yaroslav Kaçinskinin rəhbərlik etdiyi siyasi qüvvə böyük ehtimalla mövcudluğunu dayandırmayacaq.
"Mən əminəm ki, Qanun və Ədalət Paetiyası Polşada bir daha hakimiyyətə gəlməyəcək. Demirəm ki, bu, partiyanın sonu olacaq, lakin bu, mütləq onun gücünün sonu olacaq", deyə Veçork bildirib.
O, əlavə edib ki, müxalifət hakimiyyətə gəldikdən sonra parlamentdə Kaçinskinin partiyasına qarşı işin başlanacağını istisna etmir. Veçork vurğulayıb ki, 8 illik Qanun və Ədalət Partiyası dövründə Polşada məhkəmə sisteminin və kəşfiyyat xidmətlərinin işi ilə bağlı suallar yaranıb.
Oktyabrın 15-də Polşada Seymə seçkilər keçirilib. Hakim Qanun və Ədalət Partiyası qalib gəlib. O, 35,4% səs toplasa da, parlamentdə çoxluğunu itirib və 460 yerdən yalnız 194-nü əldə edib. Eyni zamanda, müxalifət partiyaları - Vətəndaş Koalisiyası (VK), Üçüncü Yol və Sol partiyaları ümumilikdə səslərin təxminən 54%-ni qazanaraq 248 yer tutublar. Millətçi və Avroskeptik Konfederasiya partiyası Seymdə 18 yer tutsa da, digər fraksiyalarla koalisiyaya girmək istəmir.
Noyabrın 13-də Polşa prezidenti Anjey Duda baş nazir Mateuş Moravetskinin istefasını qəbul edərək, onu dərhal yeni hökumət başçısı təyin edib. Respublika rəhbəri ona nazirlər kabinetini formalaşdırmağı tapşırıb.
Samir