Berbok Ukrayna üzərində “qış qalxanı” yaratmağa çağırdı

DÜNYA
18:12 / 29.11.2023
323

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya dəstək verən ölkələri ölkə üzərində “qış qalxanı” yaratmağa çağırıb. 

HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Barbok Brüsseldə NATO xarici işlər nazirlərinin iclası ərəfəsində jurnalistlərə açıqlmasında Rusiyanın yenidən mülki infrastrukturu hədəfə aldığını bildirib. XİN rəhbəri hava hücumundan müdafiə sistemini genişləndirməyi və elektrik generatorları ilə təchiz etməyi, həmçinin Ukrayna ərazilərinin enerji təchizatını ümumi şəkildə gücləndirməyə çağırıb.

“Keçən qış biz Rusiya prezidentinin (Vladimir Putinin) elektrik stansiyalarına qəsdən hücum edərək münaqişəni necə vəhşiliklə idarə etdiyini gördük”, deyə Berbok bildirib.

Berbok dünyanın Ukraynadakı münaqişəyə diqqətinin azalmasından narahatlığına bildirib. XİN rəhbəri hadisələrin bu inkişafını "ölümcül" adlandırıb:

"Hazırda Ukraynaya diqqət ictimai baxışdan itib - bu ölümcüldür".

Eyni zamanda o qeyd edib ki, Kiyev “öz seçimini sülh, azadlıq və təhlükəsizlik lehinə edib” və Ukraynanın gələcəyi Avropa İttifaqı (Aİ) və NATO-dadır.

Almaniyanın xarici işlər naziri vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukrayna-NATO şurası çərçivəsində ölkəyə bu yolda dəstək verməlidir.

Samir

0