Diabetdən qoruyan fiziki fəaliyyət növü açıqlandı

MARAQLI
22:26 / 29.11.2023
667

Tehran Tibb Universitetinin (İran) alimləri müəyyən ediblər ki, müntəzəm olaraq saatda dörd kilometrdən çox sürətlə yeriyən insanların şəkərli diabetə tutulma riski azalır. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "British Journal of Sports Medicine" (BJSM) jurnalında dərc olunub.

Yeni iş yeriməyin sağlamlıq faydaları ilə bağlı əvvəlki araşdırmalara əsaslanır. Araşdırmada ABŞ, Yaponiya və Böyük Britaniyadan 508 121 könüllü iştirak edib. Bütün tədqiqatlar çərçivəsində alimlər iştirakçıların fiziki aktivlik səviyyəsi və sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar. Tədqiqatçılar diabetin qarşısının alınmasında hansı idman növünün təsirli olduğunu öyrənməyə çalışıblar.

Məlum olub ki, üç-beş kilometr sürətlə müntəzəm gəzinti, ona sərf olunan vaxtdan asılı olmayaraq, 2-ci tip diabetin inkişaf riskinin 15% azalması ilə əlaqələndirilir. Daha sürətli yerimək (saatda beş-altı kilometr) bu xəstəliyin inkişaf ehtimalını 24% azaldır.

Alimlər qeyd ediblər ki, yerimə sürəti insanın ümumi sağlamlığının və funksional imkanlarının mühüm göstəricisidir. Bu məşq kardiorespirator sistemi stimullaşdırır və əzələ gücünü artırır. Bundan əlavə, sürətli gəzinti çəkini effektiv şəkildə azaldır, bu da diabetin qarşısını almaq üçün bir tədbirdir.

Samir

0