Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Honda" moped istehsalını artırır.
HİT.az xəbər verir ki, şirkət 2027-ci ildən etibarən moped istehsalı üçün yeni zavodlar açacaq.
2030-cu ilə qədər isə 30-dan çox moped modelinin təqdim olunacağı açıqlanıb. Üstəlik, "Honda" 2030-cu ilə qədər 4 milyon ədəd moped satmağı hədəfləyir. Şirkət sözügedən dövrə qədər gəlirlərini 3,4 milyard avroya çatdırmağa çalışacaq. "Supersport" , "Naked" və "Offroad" kimi müxtəlif motosiklet modelləri 2030-cu ilə qədər təqdim ediləcək.
Pərviz