Psixolgiya sahəsində mütəxəssis az olsa da, indi bu sahə ilə məşğul olanlar günü-gündən artır.
Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv səbəbləri var.
Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq xidmətinə ehtiyacları var.
Bu səbəbdən son illərdə psixologiya sahəsi xeyli populyarlaşıb.
Bəzən qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tuturlar. Qiymətlər isə əl yandırır. Müxtəlif problemlərlə bağlı psixoloqlara üz tutanlar qiymətlərin büdcələrinə uyğun olmadığından şikayətlənirlər.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki,psixologiya özünəməxsus sektordur və ümumi xidmətlərə tətbiq olunan qanunlar burada fərqli işləyir:
"Qiymətlər psixoloqa əsasən dəyişir. Psixoloq qiyməti özü müəyyənləşdirir. Çox istərdim ki, psixoloji yardım keyfiyyətli şəkildə həyata keçirilsin. Burada incə nüanslar öz həllini tapmalıdır. Qanunvericilikdə öz həllini tapmalı, əlçatan olmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün psixoloji dəstəyə ehtiyacı olan insanlar çoxdur. İnsanlar arasında münasibət məhz psixologiya ilə tənzimlənir. Psixoloji yardım haqqında xüsusi qanun var. Bu qanunda psixoloji yardımın göstərilməsinin prinsipləri öz əksini tapıb. Ümumtəhsil müəssisələrində olan, həmçinin fiziki məhdudiyyətli şəxslər, məişət zorakılığına məruz qalan, müvəqqəti saxlanılma yerində, islah əmək düşərgəsində, silahlı qüvvələrdə olan insanlar psixoloji yardımı ödənişsiz ala bilirlər”.
Sevinc