Litva Ukraynaya hərbi yardımı kəsə bilər

DÜNYA
19:22 / 30.11.2023
504

Avropa İttifaqı ümumi fonddan bu cür tədarüklər üçün ödənişi dayandırarsa, Litva Ukraynaya hərbi yardımı kəsəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Problem ondadır ki, Avropa Sülh Fondu öz işini dayandırarsa, mənim kimi kiçik ölkələrin Ukraynaya əlimizdə olan resurslarla kömək etmək imkanları azalacaq", deyə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib.

O, həmçinin dərmanlara bərabər çıxışı təmin edən pandemiya zamanı Ukrayna üçün döyüş sursatı və vaksinlərin birgə alınması arasında paralel aparıb.

Nəşr xatırladır ki, dörd il ərzində Avropa Sülh Fondundan 20 milyard dollar ayırmaq cəhdi Macarıstanın müqaviməti səbəbindən həll olunmamış qalır. Bu, bəzi ölkələri Budapeştdən yan keçmək və Aİ strukturlarının iştirakı olmadan ikitərəfli razılaşmalar vasitəsilə Ukraynaya yardımı davam etdirmək barədə düşünməyə vadar edir.

Samir

0