11 yaşlı qız faciəvi şəkildə öldü

HADİSƏ
09:33 / 01.12.2023
518

Mingəçevirdə azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2012-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Ş.Əsədova ötən gecə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

0