Qaz limiti ləğv olunmalıdır? - Ekspertdən AÇIQLAMA

İQTİSADİYYAT
11:11 / 01.12.2023
556

Son günlərdə qaz limitinin ləğvi və ya artırılması müzakirə olunur. 

Qeyd etmək lazımdır ki, mövcud qaz limiti çox erkən bitir. Daha doğrusu, abonentlərin əksəriyyətin hər ilin payızına qədər qaz limitini keçdiyini söyləyir. Son zamanlarda isə bu məsələ yenidən aktuallaşıb. Hətta bəzi deputatlar tərəfindən də Milli Məclisdə qaz limiti məsələsi gündəmə gətirilir. 

Ümumiyyətlə, qaz limiti ləğv oluna və ya artırıla bilər? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkə üzrə satılan qazın həcmi və toplanmaq istənilən məbləğ var:

338988

"Bu isə 3 kateqoriyaya bölünüb. Yəni qazı az istifadə edənlərə daha ucuz, orta istifadə edənlərə orta, çox istifadə edənlərə isə yüksək qiymət tətbiq olunur. Bir növ qazı baha qiymətə istifadə edənlərin hesabına az istifadə edənlərə ucuz qiymət təklif olunub. Əgər limitlər ləğv edilsə orta qiymət yaranacaq. Yəni qiymətlər deyil, limitlər dəyişsə ucuz tarif daha baha olacaq, baha olan tarif isə ləğv ediləcək. 

Prinsipcə, orta tarif formalaşacaq. Əvvəl çox istifadə edən baha, az istifadə edən isə ucuz tarifdən yararlandırdı. Amma limit ləğv olunsa bir tarif olacaq və hamı ondan istifadə edəcək. Bu zaman sosial ədalət pozular".

Ekspertin sözlərinə görə, vahid tarif həm səmərəliliyi pozacaq, həm də qənaət edən insanların ziyanına olacaq:

"Ümumiyyətlə, limitlərin ləğvi kasıblara daha çox ziyan vuracaq. Limitlər ləğv olarsa, orta tarifin qiyməti indiki ucuz qiymət deyil, daha baha qiymət olacaq. Bu isə o deməkdir ki, evin böyük və ya kiçik olmasından asılı olmayaraq hamı daha yüksək məbləğ ödəməli olacaq. 

Ona görə də qaz limiti ilə bağlı məsələdə hər hansısa dəyişiklik olacağını gözləmirəm. Həmçinin, ucuz tarifin daha da ucuz ediləcəyini düşünmürəm".

Pərviz

0