Geomaqnit qasırğasından necə qorunaq?

ÖLKƏ
15:15 / 01.12.2023
544

Bir neçə gün güclü geomaqnit qasırğası olacaq. 

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, 1, 2 və 5 dekabrda güclü geomaqnit qasırğası hiss olunacaq. 

Dekabrın 1-də aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yüksələcəyi, dekabrın 2-də yenidən G1 səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Dekabrın ilk günlərində Günəşin səthindəki Tac dəliyinin təsiri ilə geomaqnit sahəsinin aktiv səviyyələrdə olacağı və 5 dekabrda yenidən G1(zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Bəs bunun insanlara hansı mənfi təsirləri ola bilər? Ümumiyyətlə, geomaqnit qasırğasından necə qorunmaq olar? 

Kliniki Tibbi Mərkəzin nevropotoloqu Rəna Muxtarova HİT.az-a açıqlamasında bildirib ki, geomaqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində Yerin maqnit sahəsinin tarazlığının pozulmasıdır:

339011

"Son zamanlarda da Günəşdə partlayışlar baş verir. Üstəlik, son günlərdə nevropotoloqa müraciət edən xəstələrin də sayının artdığını görürük. Xəstələrdə baş ağrı, baş gicəllənmə, arterial təzyiqin kəskin yüksəlməsi və beyin qan dövranın pozulmasına qədər ağır fəsadlar müşahidə olunur. Geomaqnit qasırğası adətən xroniki xəstəliklərin kəskinləşməsinə və xroniki yorğunluğa səbəb olur. Belə hallar isə daha çox yaşlı və meteohəssas insanlarda müşahidə olunur". 

Həkim maqnit qasırğasından necə qorunmaq lazım olduğunu da izah edib:

"Əsasən yaşlı və meteohəssas insanlara məcbur olmadıqca evdən çölə çıxmamaq tövsiyə olunur. Duzlu, turşulu və ağır yeməklərdən çəkinmək lazımdır. Həmçinin, meyvə-tərəvəzdən çox istifadə etmək və gün ərzində 2 litrdən çox maye qəbul etmək məsləhət görülür". 

Pərviz

0