Tural İrfan: "Göstərişli baş daşları ölüyə də, diriyə də günahdır, standart daşlar olmalıdır"

ÖLKƏ
21:14 / 01.12.2023
470

Bəzi bölgələrdə hələ də rəhmətə gedən biri üçün 3, 7, cümə axşamları, 40 məclisləri keçirilməkdədir. Məzar daşları da bir başqa göstərişli şəkildə hazırlanır. 

Çox insan bunu ölənin ruhunun şad olması, onun qohum-əqrabaları tərəfindən necə sevildiyini göstərmək  üçün etdiyini bildirir. 

İlahiyyatçı ekspert Tural İrfan Hit.az-a açıqlamasında söyləyib ki, islam dinində böyük qəbir daşları haram hesab olunur:

“Qəbir daşının təmtəraqlı olması qanunla tənzimlənə və qadağan edilə bilər. Çünki insanlar müxtəlif böyük əraziləri zəbt edirlər, nəhəng abidələr qoyurlar ki, bu həm də əlavə xərc və israfçılıqdır. Başqaları da ona baxır, bir növ örnək götürüb o formada düzəltdirməyə çalışır. Əsasən, məmurlar az qala qəbiristanlıqda öz qohumları üçün böyük əraziləri yer zəbt edirlər. Bunların qarşısı alınmalıdır. Göstərişli baş daşları ölüyə də, diriyə də günahdır, standart daşlar olmalıdır. İndi qəbir daşı biznesi də məmurların  inhisarındadır, onları da xaricdən gətirirlər ki, bu, monopoliyadır. Ona görə bunların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.

Sevinc

0