"Rəşad Dağlı həbs olunandan sonra onunla görüşə bilməmişəm".
Bunu Hit.az-a açıqlamasında meyxanaçı Samirə Yusifqızı deyib.
Meyxana ifaçısı həmkarının görüşünə getməsə də, onun vəziyyəti ilə maraqlandığını qeyd edib:
“Onunla görüşən uşaqlar var, gəlib danışırlar, vəziyyətinin yaxşı olduğunu deyib. Baləli tez-tez gedib-gəlir, başqa meyxanaçılar da Rəşadla görüşür. Allah hamıya kömək olsun. İmkan tapan kimi gedib görüşəcəm”.
Azra