Ermənistan parlamenti Azərbaycan əleyhinə sənədə \"yox\" dedi

11:10 / 05.12.2023
578

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında qanun layihəsini plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib.

APA xəbər verir ki, Vətəndaş Müqaviləsi fraksiyasının 57 deputatı qərarın əleyhinə, 26 müxalifətçi deputat isə sənədin lehinə səs verib.

Bununla bağlı Ermənistanın parlament müxalifəti hakim fraksiyanı Qarabağ məsələsi kontekstində seçki vədlərini yerinə yetirməməkdə ittiham edib.

Xüsusilə, “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan spiker Alen Simonyana müraciət edərək bəyan edib ki, hakim fraksiya nəinki əsas milli məsələ ilə bağlı seçki vədini pozub, həm də bu vədə zidd olan hər şeyi edir. O, iqtidardakı fraksiyanı öz hərəkətləri ilə parlamentar idarəçilik sistemi olan ölkədə parlamentarizmi öldürməkdə ittiham edib.

Cavabında spiker deyib ki, o, müxalifətin hakimiyyətin seçki vədləri ilə nə əlaqəsinin olduğunu başa düşmür və müxalifətin parlamentə hakim partiyadan olan deputatları öldürmək məqsədi ilə gəlib.

"İnsanlara səhnələşdirilmiş edam göstərdiniz və buna sevindiniz. Bütün mümkün epitetlərdən istifadə edərək bizi, seçicilərimizi təhqir etdiniz. Bizdən və seçicilərimizdən başqa nə istəyirsiniz? Bu insanların bəziləri bizə sadəcə olaraq sizin burda olmamağınıZ üçün səsveriblər”, – Simonyan bildirib.

0