Paşinyan nə üçün Rusiyanın qarşısından geri addım atdı? - RƏY

DÜNYA
11:48 / 06.12.2023
490

Ermənistan pulunu ödədiyi silahların tədarük olunmamasına görə Rusiyanı məhkəməyə verməkdən imtina edib.

Bunu Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan açıqlayıb. O qeyd edib ki, yaranmış problem qarşılıqlı tərəfdaşlıq şəraitində həll edilə bilər. 

Maraqlıdır, Ermənistan nə üçün geri addım atmağa məcbur oldu? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistan rəhbərliyi Rusiya ilə belə radikal formada uzaqlaşmağın və münasibətləri korlamağın müsbət heç nə verməyəcəyini yaxşı başa düşür:

339268

"Rusiyanın bu gün Ermənistanda birdən çox hərbi bazası var. Bundan başqa, onların sərhədlərini də məhz rus hərbçiləri qoruyur. Bütün bu reallıqlar fonunda Ermənistanın israrla Rusiya ilə gərginliyi davam etdirməsi şübhəsiz gec-tez Kremli hərkətə keçirəcəkdi. 

Paşinyan və ətrafı da bunu bildiyi üçün ritorikanı dəyişmək qərarına gəlib. Düzdür, bu münasibətlərin tamamilə nomallaşacağı ya da Paşinyanın Qərbə meyil etməkdən imtina edəcəyi mənasına gəlmir".

Ekspertin sözlərinə görə, Nikol Paşinyana vaxt lazımdır:

"Rusiyanın ölkədə təsir dairəsi hələ də çox güclüdür. Avropa İttifaqının sülhməramlı missiyanın adı altında fəaliyyət göstərən hərbi kontingeti isə Paşinyanı qoruyacaq qədər güclü deyil. 

Hesab edirəm ki, Paşinyan Ermənistanda Rusiyanın təsirini azaldacaq və Qərbin təsirini isə artıracaq. Bununla yanaşı, İrəvanla Moskva arasındakı münasibətlər də normallaşa bilər. Lakin bu, nisbi bir yaxınlaşma olacaq". 

Pərviz

0