Xanəndə: "Yaltaqlıq etmədinsə, ev yıxmayan oldunsa..."

MAQAZİN
17:14 / 06.12.2023
448

"Bu zəmanədə yaltaqlıq etməyən, ev yıxmayan biri oldunsa, heç vaxt qabağa gedə bilməzsən".

Bunu Hit.az-a açıqlamasında xanəndə Sabir Abdullayev fəxri ad ala bilməməsinin səbəblərindən danışarkən deyib. 

İfaçı sadə və arxasız adamların haqqının tapdandığını qeyd edib:

"Mənimki də belə gətirdi. Qədrimi bilmədilər. Bu saatdan sonra olsa nə olacaq, olmasa nə olacaq".

Xanəndə Ağdamda onun sevildiyini deyir:

"Məni hamı əsil ağdamlı kimi tanıyır,  camaatda məni çox istəyir. Mən də dostluğu dost kimi edirəm. Cavanlıqda çox at oynatmışam orda, qarış-qarış gəzmişəm. Amma indi vətənimə uzaqdan baxıram".

Azra

0