“FİNCA Azerbaijan” 15 000 manat cərimələnə bilər

İQTİSADİYYAT
19:00 / 06.12.2023
404

“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı barəsində inzibati iş başlanıb. 

Hit.az xəbər verir ki, kredit təşkilatı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci (Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

598.1.2-ci maddəyə görə  vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Anar

0