Nensi Pelosi: "ABŞ-da demokratiya təhlükə altındadır"

DÜNYA
22:29 / 07.12.2023
394

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi bildirib ki, 2024-cü il ABŞ prezident seçkiləri demokratiyanın taleyini həll edəcək. Onun sözlərinə görə, Donald Trampın Ağ Evə mümkün qayıdışı bütün dünyada diktatorlar üçün siqnal olacaq.

HİT.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.

O vurğulayıb ki, Trampın dövlət başçısı postuna qayıdışı digər diktatorlara və ölkələrə siqnal olacaq, çünki onlar keçmiş prezidentdə gördüklərini tanıyırlar.

“Bu insanlara verilən mesaj ondan ibarətdir ki, onların Ağ Evə qayıtmağa çalışan qohum ruhu var, lakin biz buna imkan verə bilmərik... Keçmiş prezidentə səs vermiş ola biləcək insanlara hörmətlə yanaşırıq", deyə Pelosi bildirib.

O, Respublikaçı tərəfdarları demokratiya, bayraq, Konstitusiya, uşaqların gələcəyi və dünyaya nümunə olan demokratik dövlət haqqında qərar qəbul etməyə çağırıb.

Pelosi vurğulayıb ki, gələcək seçkilərdə demokratiya təhlükə altındadır.

Samir

0