“Granda-Agro İnvitro” MMC barəsində inzibati iş başlanıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham edilir.
İşə Abşeron Rayon Məhkəməsində baxılacaq.
464-cü maddədə vəzifəli şəxslərin üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Anar