Ərdoğan Netanyahunu "Qəzzanın qəssabı" adlandırdı

DÜNYA
19:35 / 08.12.2023
323

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu “Qəzzanın qəssabı” adlandırıb. 

HİT.az xəbər verir ki, barədə TASS məlumat yayıb.

“Əvvəlcə dediyim kimi, Netanyahu Qəzzanın qəssabıdır. O, Beynəlxalq Cinayət Məhkəməsində Miloşeviç kimi mühakimə olunmalıdır”, deyə Ərdoğan bildirib.

Türkiyə lideri xatırladıb ki, Ankara Netanyahunun BCM-də mühakimə olunmasına başlamaq istəyir və onun üçün təxminən üç min vəkil iştirak edir. Onun fikrincə, “ləyaqətli cəza” təkcə İsrail lideri və onun ətrafına deyil, digər ölkələrin siyasətçilərinə də verilməlidir.

Samir

0