Əli Mirəliyevin qızı Toliki məhkəməyə verdi

İQTİSADİYYAT
16:16 / 11.12.2023
434

Müğənni Əli Mirəliyevin qızı aparıcı Toliki (Tarıx Əliyev) məhkəməyə verib.

Bu barədə Hit.az-a açıqlamasında Əli Mirəliyev məlumat verib. 

Sənətçi buna səbəb kimi aparıcının onların ailə işinə qarışmasını bildirib:

"Tolik səhər tezdən aləmi qatıb bir-birinə, ağzına gələni danışır. Qızım onu məhkəməyə verdi, buna görə qızıma cavab verəcək. Biz qohumuq, niyə bizi bir-birimizə düşmən edirsən? Onsuz da yola getmirik. 7 ildir İlhamə Quliyeva ölüb. Amma sən yenə də əl çəkmirsən. Ölən adamdan nə istəyirsən?".

Bundan əvvəl aparıcı Tolik bildirib ki, İlhamə Quliyeva sağ olanda Əli Mirəliyev və onun ailəsini evinə buraxmayıb.

Azra 

0